2014-2016-cı illərdə Naxçıvanda N saylı hərbi hissədə xidmət edib. Hərbi xidməti başa vurduqdan sonra əmək fəaliyyəti ilə məşğul olub. 2020-ci ilin oktyabrın əvvəllərində SHXÇDX-nin Siyəzən rayon bölməsi tərəfindən səfərbər edilib, Şuşaya kimi döyüş yolu keçib. Şuşa uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə yüksələn Ramiz noyabrın 14-ü dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Ramiz Atakışıyev ölümündən sonra "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Şuşanın azad olunmasına görə" və "İgidliyə görə" medalı ilə təltif edilib.