2021/09/elmar-1632235568.jpg

line
Adı: Əhmədov
Soyadı: Elmar
Ata adı: Elşən
Doğum tarixi: 28.06.2000
Şəhid olub: 27.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Elmar Elşən oğlu Əhmədov 2000-ci il, iyunun 28-də Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində anadan olub. 2006-2017-ci illərdə M.Məmmədov adına Yuxarı Öysüzlü kənd tam orta məktəbində təhsil alıb.

Elmar Əhmədov 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində kəşfiyyatçı kimi xidmət edib.

Azərbaycan Silahlı Qüvvələrinin əsgəri Elmar Əhmədov Vətən müharibəsi zamanı Cəbrayıl və Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

E lmar Əhmədov oktyabrın 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Nəşi uzun müddət neytral zonada qalıb. Noyabrın 19-da Tovuz rayonunun Yuxarı Öysüzlü kəndində torpağa tapşırılıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", 25.12.2020-ci il tarixli Sərəncamına əsasən isə "Füzulinin azad olunmasına görə" , "İgidliyə görə" medalları ilə təltif edilib.



memorial.az