2021/09/orxan-6529004984.jpg

line
Adı: Avdıyev
Soyadı: Orxan
Ata adı: Habil
Doğum tarixi: 08.02.1995
Şəhid olub: 25.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Orxan Habil oğlu Avdiyev əslən Qərbi Azərbaycanın Barana (Noyenberyan) rayonunun Yuxarı Körpülü kəndindəndir. Yuxarı Körpülü eli 1988-ci ildə şovinist ermənilər tərəfindən deportasiyaya məruz qalıb, pərən-pərən salınıb. Orxanın babaları Yuxarı Körpülünün sayılıb-seçilən insanlarından olublar.

Orxan Avdıyev 1995-ci ilin 2 avqustunda Bakı şəhərində doğulub. Daha sonra ailəsi ilə birlikdə Ağstafa rayonu Pirili kəndinə baba ocağına köçüblər. Pirili kəndindəki Məcid Əhmədov adına tam orta məktəbdə birinci sinifə gedib. Nizam-intizamlı şagird olub, Orxanın tərbiyəsi, davranışı həmişə başqa sinif yoldaşlarına nümunə göstərilib.

2013-cü ildə orta məktəbi bitirən Orxan 2015-ci ildə həqiqi hərbi xidmət üçün ordu sıralarına çağırılıb. Ordu sıralarında Motoatıcı alayında xidmət edib. Orxanın taleyinə 2016-cı il Aprel döyüşlərini də yazılıb. Düşmənlə dörd günlük müharibədə də qəhrəmanlıq göstərən Orxan məktəb illərində olduğu kimi, ordu sıralarında da öz nizam-intizamı ilə seçilib.


Vətən Müharibəsi başlayanda Orxan da digər Vətən oğullarımızdan biri kimi könüllü olaraq cəbhəyə gedib. Vətən uğurunda canını fəda edən Orxan Cəbrayıl və Füzuli rayonlarının alınmasında iştirak edib. Orxan Avdıyev 2020-ci il 25 oktyabr tarixində Qubadlı uğrunda gedən döyüşdə qəhrəmancasına şəhid olub.

Orxanın anası Hicran Avdıyeva deyir ki, oğlunun gənc yaşında şəhid olması qəlbini yandırsa da, eyni zamanda, qürur duyur: "Mən öz oğlumla fəxr edirəm. Orxan müharibənin ilk günündən könüllü cəbhəyə gedib, qəhrəmanlıqla döyüşərək torpaq, Vətən uğurunda şəhid olub, şəhidlik zirvəsini fəth edib. Orxanım az yaşadı, amma şərəfli yaşadı, ömrü qısa oldu, lakin dolğun və mənalı oldu. 25 illik ömrünü Vətənimizin azadlıq, zəfər tarixinə yazıb balam ”.


Orxanın nənəsi Xalidə xanım da nəvəsinin qəhrəmanlıqla şəhid olmasından qürur duyduğunu bildirir: ”Orxan son damla qanına qədər torpaqlarımızı düşmən tapdağından azad edilməsi yolunda döyüşüb. Orxan Aprel döyüşlərində də iştirak edib. Çox vətənpərvər, yurd, Vətən təəssübü çəkən idi balam. Mən Orxanımla fəxr edirəm. Fəxr edirəm ki, nəvəm bir vətən oğlu kimi öz borcunu böyük ləyaqətlə, qeyrətlə yerinə yetirib, o öz şəhidliyi ilə Vətinin borcundan çıxıb. Orxanın uca şəhidlik adı ilə fəxr edirəm. O bizim başmızı dikəldib, adını əbədi olaraq tarixə yazıb. Torpaqlarımız işğalda olanda hər birimizin qəlbində böyük ağrı nisgil vardı. Amma Orxan da daxil olmaqla Azərbaycan oğulları torpaqlarımızı düşmən tapdağından azad etməklə ürəyimizdəki o ağrıya məlhəm oldular”.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Orxan Abdıyev ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə" və "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.