2021/05/19060-1621689458.jpg

line
Adı: İbrahimzadə
Soyadı: Seyhun
Ata adı: Rafiq
Doğum tarixi: 28.01.1997
Şəhid olub: 26.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Sehun Rafiq oğlu İbrahimzadə 28 yanvar 1997-ci ildə Şəmkirin Tatarlı kəndində doğulub. Ailədə iki qardaş bir bacı olublar. 2003-2014-cü illərdə Rafael Gülməmmədov adına Tatarlı kənd tam orta məktəbində təhsil alıb. Qardaşı Elşən deyir ki, çox sakit, hamının sevimlisi olan bir şagird olub.

2015-ci ildə həqiqi hərbi xidmətə yollanır. Xidmətini Naxçıvan MR-da N saylı hərbi hissədə davam etdirib. Həqiqi hərbi xidmətdən tərxis olunduqdan sonra Bakıda avtomobil təmirçisi kimi çalışıb.

Sehun Vətənə, bayrağa çox bağlı biri olub. 2020-ci ilin iyulunda Tovuz döyüşləri zamanı Polad Həşimovun şəhid olmağı ona çox təsir etmişdi. Həmin gün gedib könüllü olaraq orduya yazılmışdı.



Vətən müharibəsi başlayanda könüllü döyüşlərə yollanır. Atası həmin günləri belə xatırlayır:

Oktyabrın 8-də Daşkəsənə görüşünə getdik. Mənə dedi ki, gəlmişik bura, niyə aparmırlar müharibəyə, nə qədər təlim keçəcəyik, biz döyüşə gəlmişik!

Bir müddət müxtəlif ərazilərdə təlim keçdikdən sonra Füzuli istiqamətində döyüşlərə qatılır. Füzuli şəhərinin və bir neçə kəndin azad olunmasında yaxından iştirak edir. 26 oktyabr tarixində düşmən tərəfindən açılan atəş nəticəsində qəhrəmancasına şəhid olur. Nişanlı olan şəhidimiz 27 oktyabrda doğulduğu Tatarlı kəndində torpağa tapşırılıb.



Sehun İbrahimzadə döyüşlərdə cəsarət və fədakarlıq göstərdiyinə, habelə təşəbbüskar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Respublikası İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqləndiyinə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunub.