Elyəddin Sentyabrın 27-də başlayan Vətən müharibəsində Tərtər-Ağdərə bölgəsində döyüşüb.
O,2020-ci il, oktyabrın 20-də düşmən tərəfindən atılan artilleriya mərmisinin partlaması nəticəsində aldığı qəlpə yarasından şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən, Cəfərov Elyəddin ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.