Hələ uşaqlıqdan hərb sənətinə böyük marağı olan qəhrəmanımız 2020-ci ildən Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi fəaliyyətə başlayıb. II Qarabağ müharibəsinin ilk günündən ön cəbhədə olan Fərid torpaqlarımızın işğalçılardan azad olunması uğrunda cəbhənin Suqovuşan istiqamətində gedən qızğın döyüşlərdə şücaət göstərib.
İgidimiz Talış kəndi istiqamətində hərəkətdə olan tankın aşması nəticəsində aldığı zədədən şəhidlik zirvəsinə ucalıb və 18 oktyabr 2020-ci il tarixdə doğulduğu Naftalan şəhərində böyük izdihamla torpağa tapşırılıb.
Şəhid Fərid Adıgözəlov
"Suqovuşanın azad olunmasına görə" ,
“Vətən uğrunda” və
“Cəsur döyüşçü” medalları ilə təltif edilib.