Əliyev Mərhab Şikar oğlu 8 mart 1979-cu ildə Gəncə şəhərində doğulub.
2001-ci ildə Goranboy rayonunun Bağçakürd kənd orta məktəbini bitirib.
2001-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağrılan Mərhab Əliyev, Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində xidmət edib.
2010-cu ildən kiçik çavuş hərbi rütbəsində MAXE hərbi qulluqçu kimi xidmət edib.
27 sentyabr 2020-ci il tarixində başlayan Vətən müharibəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda vuruşmuş, Tərtər rayonunun Suqovuşan kəndi, Goranboy, Füzuli, Cəbrayıl və Ağdam rayonları istiqamətində gedən döyüşlərdə iştirak etmişdir. Döyüşlərin birində yaralanan Mərhab Əliyev ARMN-nin Mərkəzi Hərbi Hospitalına yerləşdirilmişdir. Həkimlərin səyinə baxmayaraq, onu xilas etmək mümkün olayıb.
15 oktyabr 2020-ci ildə ARMN-nin Mərkəzi Hərbi Hospitalında vəfat edərək şəhidlik zirvəsinə yüksəlib..
16 oktyabr 2020-ci ildə Goranboy rayonunun Bağçakürd kəndində torpağa tapşırılıb.
Əliyev Mərhab Şikar oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Suqovuşanın azad olunmasına görə” medalları ilə (ölümündən sonra) təltif edilib.
Ailəli idi. 3 övladı yadigar qalıb.