44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Rahim Quliyevdir.
Quliyev Rahim Yalçın oğlu 2001-ci il iyunun 18-i Cəliləbad rayonunun Həziabad kəndində anadan olub.
O, 2019-cu il iyulun 11-də hərbi xidmətə yollanıb.
Əsgər Quliyev Rahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində iştirak edib. O, oktabrın 2-də Füzuli və Cəbrayil istiqamətində gedən döyüşlər zamanı son damla qanına kimi vuruşaraq şəhidlik zirvəsinə ucalıb.
Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamına əsasən Rahim Quliyev “Vətən uğrunda medalı” ilə təltif edilib.