2021/05/13088-1621717752.jpg

line
Adı: Əsgər
Soyadı: İsmayılzadə
Ata adı: Bəxtiyar
Doğum tarixi: 22.01.2000
Şəhid olub: 04.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Əsgər İsmayılzadədir.

İsmayılzadə Əsgər Bəxtiyar oğlu 22.01.2000-ci ildə Yevlax rayonunun Gülövşə kəndində anadan olmuşdur. 2005-ci ildə Yevlax rayonu V.Mövsümov adına Gülövşə kənd tam orta məktəbin 1-ci sinfinə qəbul olmuşdur. Əsgər orta məktəbdə sakit təbiətli, oxumağı və tərbiyəsi ilə seçilən, utancaq uşaq idi. İdmanla məşğul olurdu.
2014-cu ildə həmin məktəbin 9-cu sinfini bitirərək, Mingəçevir Turizm kollecinin ,,Nəqliyyatda daşımaların təşkili" fakültəsinə daxil olmuşdur.

2019-cu ildə kolleci bitirdikdən sonra O, vətənə olan borcunu yerinə yetirmək üçün hərbi xidmətə gedir. Hərbi xidmətini Cəlilabad rayonunda ,,N" saylı hərbi hissədə xidmət çəkən Əsgər, öz arzusu ilə xidmətini Xüsusi təyinatlı qüvvələrdə (XTQ) davam etdirib. Hərbi xidmətini bitirməyə 3 ay qalmış, 27.09.2020-ci ildə başlayan vətən müharibəsinin ilk günündən XTQ olaraq ön cəbhəyə yollanıb.

Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

04.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından şəhid olmuşdur. Şəhidimiz Yevlax rayon Gülövşə kənd qəbiristanlığında dəfn edilib.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əsgər İsmayılzadə ölümündən sonra bir sıra medallarla təltif edilib.

1.“Cəsur döyüşçü” medalı;
2.“Vətən uğrunda” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Füzulinin azad edilməsinə görə medalı.