Elməddin Məhərrəmov Şahlar oğlu 13 noyabr 1999-cu ildə Siyəzən rayonu Məşrif kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Elməddin Məhərrəmov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Rəşadətlə döyüşüb
06 nayabr 2020-ci ildə Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olmuşdur.
Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elməddin Məhərrəmov ölümündən sonra “Vətən uğrunda”,“Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə” , "Cəsur döyüşçü" və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.