2021/05/12704-1621719970.jpg

line
Adı: Məmmədov
Soyadı: Vasif
Ata adı: Rəfail
Doğum tarixi: 01.05.2001
Şəhid olub: 06.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Füzulinin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı«Hərbi xidmətdə fərqlənməyə görə» medalı (III dərəcə)
Şəhid Vasif Rəfail oğlu Məmmədov 01.05.2001-ci ildə Mingəçevirdə anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Vasif Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində fəal iştirak edib. Rəşadətlə döyüşüb.

İkinci Qarabağ müharibəsində Xüsusi Təyinatlının kəşfiyatçısı olan Vasifə milli ordumuzun əsgərləri ilə birgə Füzulini düşməndən azad etmək, həm də Füzulidə bulaqdan ilk suyu içmək nəsib olub. Hadrut döyüşlərində isə şəhidlik zirvəsinə ucalıb. O, ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən müharibəsi iştirakçısı” medalı, “Cəsur döyüşçü”, "Hərbi xidmətdə fərqlənməyə görə” 3-cü dərəcəli medalı və "Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif olunub.

06.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.