2021/11/25367-1636031711.jpg

line
Adı: Əbdülov
Soyadı: Elnur
Ata adı: Qədir
Doğum tarixi: 23.04.2002
Şəhid olub: 28.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəsur döyüşçü» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də Elnur Əbdülovdur.

Elnur Qədir oğlu Əbdülov 23 fevral 2002-ci ildə Astara rayonunun Ağkörpu (digər adı Sıpyəpard) kəndində anadan olub. 2020-ci ilin aprel ayında Astara rayon Hərbi Komissarlığı tərəfindən həqiqi hərbi xidmətə çağırılıb. Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi uğrunda başlanan Vətən müharibəsi zamanı həqiqi hərbi xidmət keçən Elnur Vətənin əsgəri olaraq döyüşlərə qatılıb, Kəlbəcərin işğaldan azad olunması uğrunda gedən döyüşlərdə sentyabrın 28-i Göygöl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı qəlpə yarasından həlak olub.



Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Elnur Əbdülov ölümündən sonra “Cəsur döyüşçü” , ”Vətən müharibəsi iştirakçısı” “Kəlbəcərin azad edilməsinə görə” medalları ilə təltif edilib.



Elnur 5 bacının yeganə qardaşı olub. Buna baxmayaraq hərbi xidmətə gedib, 18 yaşlı gənc Vətən savaşında igidlik göstərib. Və şəhadətə yüksəlib. Atası Qədir kişi Elnur şəhid olduqdan sonra bütün kənd camaatının onlara dəstək olduğunu, dərdlərinə şərik olduqlarını, özlərini yalnız hiss etməyə qoymadıqlarını deyir. Şəhidin anası Yazgül ana isə Elnurun uşaq yaşlarından əməksevər, zəhmətə qatlanan olduğunu söyləyir. Sonuncu dəfə Elnur evləri ilə telefon əlaqəsi saxlayanda anasına “məndən nigaran olma. Burda hər şey yaxşıdır. Özünüzə baxın. Müharibə bitsin, evə qayıdacağam” , deyib. Qapılarını isə sonunda Elnurun üçrəngli Azərbaycan bayrağına bürünmüş cənazəsi döyüb...