2021/09/ahmad-1632304587.jpg

line
Adı: Kənan
Soyadı: Əhmədov
Ata adı: Ləzgi
Doğum tarixi: 15.02.1995
Şəhid olub: 25.10.2020
Rütbəsi: leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
44 günlük Vətən müharibəsində qanı və canı ilə tarix yazan, işğalda olan torpaqlarımızı azad edərək Azərbaycan xalqına qələbə sevinci bəxş edənlər arasında onun payı da var... Şəhid-leytenant Kənan Ləzgi oğlu Əhmədovun...

Kənan Ləzgi oğlu Əhmədov 1995-ci il, fevralın 15-də Qaraqoyunlu elinin Yuxarı Çaykənd kəndində doğulub. Orta məktəbi bitirdikdən sonra həqiqi hərbi xidmətə yollanıb. Vətən müharibəsi döyüşlərinə qoşulub, Füzuli və Cəbrayıl rayonu istiqamətində döyüşlərdə şücaət nümayiş etdirib. Oktyabrın 25-də Fuzuli və Cəbrayıl arasında gedən ağır döyüşlərindən birində şəhid olub.

Ailəsi deyir ki, hər dəfə danışanda bu sözləri deyirmiş: "Vətən üçün canımdan keçməyə hazıram. Sizi çox sevirəm. Şəhid olsam, üzülməyin, ağlamayın". Onun ailəsi ilə son danışığı da, elə şəhid olduğu gün baş tutub. Anası Narifə Əhmədova deyir ki, ancaq "ana necəsən?" - deyə soruşub. O an oğlunun yaralandığını,onu itirəcəyini hiss edib:

"Həmin gün eşitdim ki, oğlum şəhidlik zirvəsinə ucalıb. Oğlumla bu gün də qürur duyuram. Erməni vandallarından torpaqlarımızı xilas edən oğulun anası olmaq şərəfdir".


Qaradaşı Kamran Əhmədov isə igid qardaşı ilə bağlı xatirələrinin çox olduğunu deyir: “Birgə maraqlı günlərimiz çox olub. İdmanı, futbolu çox sevirdi. Yarışlara birgə qatılardıq. Qardaşımla fəxr edir, qürur duyuram. Şəhidlərimizin sayəsində gözü yolda qalanların gözləri yoldan çəkildi. Allah o şəhidləri elə bir məqama çatdırdı ki, o məqam hər bəndəyə nəsib olmur”.

Kənan Ləzgi oğlu Əhmədov Prezident İlham Əliyevin sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə”, “Vətən uğrunda” “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilib.