Əliyev İbrahim 1997-ci il 17 fevral-da Kəngərli rayonunun Qabıllı kəndinə anadan olub. 2003 -2011-ci illərdə Qabılı kənd tam orta məktəbində, 2011–2014-cü ildə Heydər Əliyev adına Hərbi Liseydə təhsil alıb.2014–2018-ci illərdə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) ali hərbi təhsil alıb. Subay idi. 2018-ci ildə Ali hərbi məktəbi fərqlənmə diplomu ilə bitirib leytenant kimi şərəfli xidmətinə başlayır. Xidməti zamanı da bir çox müvəffəqiyyətlərə imza atır.
"Azərbaycan Ordusunun yaranmasının 100 illiyi" medalına, diplom və sertifikatlara layiq görülür. 2020-ci ildə Türkiyədə keçirilən xüsusi kəşfiyyat kursunu da uğurla tamamlayıb Vətənə qayıdır.Azərbaycan Ordusunun leytenantı olan Əliyev İbrahim 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı İbrahim sentyabrın 30-u Suqovuşan istiqamətində şəhidlik zirvəsinə yüksəlir. Lakin nəşi 70 gün sonra tapılır, dekabrın 7-də göz açdığı doğma Qabıllı kəndində torpağa tapşırılır.
**
İbrahimin işinə bağlılığı, sevgisi onu Türkiyədə təhsil almağa qədər aparıb. O, 2019-cu ilin noyabr və 2020-ci ilin mart ayları arasında Ankarada "Kara Kuvvetleri İstihbarat Okulu"nda təhsil alaraq yüksək nəticə göstərib. Vətənə qayıtdıqdan sonra Bölük komandiri vəzifəsində xidmətini davam etdirib. Xidmət illərində hərbi hissə rəhbərliyi tərəfindən "təşəkkürnamə", "tərifnamə" ilə dəyərləndirilib.
O, 3 bacının bir qardaşı, evin son beşiyi idi. Nişanlı idi. İlk gündən Vətən müharibəsinə kəşfiyyatçı olaraq yollanmış, müharibəyə ilk, öndə başlayanlardan biri olmuşdu. O, silah yoldaşları ilə ön cəbhəyə irəliləyib, Gülüstan dərəsi-İncə çay istiqamətində düşmən postunu ələ keçiriblər. Sonradan mühasirəyə alınaraq snayperdən açılan atəş nəticəsində sentyabrın 29-da başından yaralanıb və şəhadətə yüksəlib. Onun cənazəsi dekabrın 5-də ailəsinə təhvil verilib, dekabrın 7-də doğma kəndi Qabıllıda torpağa tapşırılıb.
İbrahimin cənazəsi şəhid olduqdan sonra düşmən tərəfindən götürülüb, hərbi vəsiqəsi sentyabrın 30-da ermənilər tərəfindən erməni televizisiyası və sosial şəbəkələrdə paylaşılıb.
O, 26 sentyabrda nişanlısı, dostu, qohumları və valideynləri ilə əlaqə saxlayıb. Nişanlısına yazdığı son mesajla vidalaşaraq, onu çox sevdiyini deyib. Dostu Fəxriyə isə ehtiyatlı və möhkəm olmağını tapşırıb. Aşağı Ağcakənddə yaşadığı evin sahibinə "qapıya bayraq asın!" - deyərək sanki şəhid olacağının xəbərini əvvəlcədən vermişdi. Atasından halallıq istəyib, bəlkə son danışıqları olacağını bildirib. Elə də olub. Atasına "mən zəng vurana qədər anamı mənə zəng vurmağa qoyma!" - deyib.
**
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İbrahim Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
2020-ci ildə, Suqovuşan kəndinin işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik nümunəsi göstərməsinə görə Prezident İlham Əliyevin sərəncamı ilə general-mayor İbrahim Əliyev, “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif edilib.