2021/09/vusal-1632167733.jpg

line
Soyad: Allahverdiyev
Ad: Vüsal
Ata adı: Tahir
Doğum tarixi: 16.08.1988
Şəhid olub: 30.10.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vüsal Allahverdiyev 16 avqust, 1988-ci ildə Azərbaycan Respublikasının Qubadlı rayonunda anadan olub. 31 avqust 1993-cü ildə məcburi köçkün kimi, ailəsi ilə Sumqayıt şəhərində məskünlaşıb.1995-ci ildə Sumqayıt şəhər 23 saylı tam orta məktəbin 1-ci sinfinə daxil olub.

2004-cü ildə həmin məktəbin 9-cu sinifini bitirib. Daha sonra məktəbi dəyişərək, Qubadlı rayon 2 saylı tam orta məktəbdə təhsilini davam etdirib. 2006-cı ildə həmin məktəbin məzunu olub.

Kooperasiya universitetinin malliyə və kredit fakultəsinə daxil olub, 4 ildən sonra isə həmin universteti bitirib. 2010-2011-ci illərdə Gəncə şəhərində yerləşən N saylı hərbi hissədə həqiqi hərbi xidmət keçib. 2012-2015-ci illərdə "UNİBANK" Kommersiya Bankında İstehlak krediti üzrə Aparıcı Mütəxəssis vəzifəsində çalışıb. Daha sonra "Kontakt Home" mağazalar şəbəkəsində kredit mütəxəssisi işləyib. 2020-ci ildən "Kapital Bank"da "Birkart Bank olmayan Kredit Təşkilatı" MMC-nin 20 saylı filialının müdürü vəzifəsində işləyib. Sonra həmin vəzifədən və işdən öz ərizəsi ilə ayrılıb.


Atası Tahir Qafar oğlu Allahverdiyev Birinci Qarabağ müharibəsi veteranıdır. Ailədə 1 qardaş, 1 bacı idilər .

Vüsal Allahverdiyev 2020-ci ilin iyulun 12-də başlayan Tovuz döyüşləri zamanı General-mayor Polad Həşimov şəhid olduqdan sonra, Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Qubadlı rayon şöbəsinə müraciət edib və könüllü olaraq Orduya yazılıb. Sentyabrın 27-də başlayan Vətən müharibəsində Füzuli rayonunun Seyidəhmədli kəndində, Cəbrayıl və Xocavənd rayonu istiqamətində döyüşlərdə iştrak edib, böyük şücaət göstərib. Ən son oktyabr ayının 30-da Xocavənd rayonunun azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, lakin döyüş zamanı düşmən gülləsinə tuş gələrək, şəhidlik zirvəsinə ucalıb. Daha sonra nəşi ailəsinə təhvil verilib və Sumqayıt şəhər Şəhidlər xiyabanında dəfn edilib.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyi, sona qədər döyüşdüyü və tapşırıqların yerinə yetirilməsində fərqləndiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Allahverdiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.