2021/09/7-1632091572.jpg

line
Soyad: Babayev
Ad: Əli
Ata adı: Həsən
Doğum tarixi: 14.11.1997
Şəhid olub: 27.09.2020
Rütbə: Leytenant
Təltifləri
«Vətən uğrunda» medalı«Füzulinin azad olunmasına görə» medalı
Əli Həsən oğlu Babayev 1997-ci il noyabrın 14-də Şərur rayonunun Danyeri kəndində anadan olub. 2004-cü ildə Şərur rayon Danyeri kənd tam orta məktəbinə daxil olub. 2012-ci ildə Naxçıvandakı Heydər Əliyev adına Hərbi məktəbə qəbul edilib.

2016-cı ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib. 2016-cı ildə Azərbaycan Ali Hərbi Məktəbə daxil olub. 2020-ci ilin iyul ayında leytenant rütbəsi alıb. Vətən Müharibəsi başlayanda ilk hərbi dəstədə qabağa gedənlərdən olub və müharibənin birinci günü şəhid olub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Əli Babayev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.