Azərbaycan Ordusunun baş giziri Zülfü Ağayev hərbi xidmət zamanı peşəkarlığı, məsuliyyəti, işinə, vəzifəsinə vicdanlı münasibəti ilə əsgərlərin sevgisini qazanıb. 2013-cü ildə
"Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi", 2018-ci ildə
"Azərbaycan Ordusunun 100 illiyi" yubiley medalları və
"Qüsursuz xidmətə görə” 3-cü dərəcəli medalı ilə təltif olunub.
Zülfü Ağayev 2020-ci il, sentyabrın 27-də, Vətən müharibəsinin ilk günündə Füzuli rayonun azadlığı uğrunda gedən döyüşə qoşulub, elə həmin gün qəhrəmancasına şəhid olub. Baş gizir doğulduğu kənddə dəfn edilib.
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il və 25.12.2020-ci il tarixli Sərəncamlarına əsasən Zülfü Ağayev ölümündən sonra
"Vətən uğrunda", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.