2021/05/Seymu-1621795151.jpg

line
Adı: Seymur
Soyadı: Alızadə
Ata adı: Mirzə
Doğum tarixi: 13.01.1998
Şəhid olub: 26.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Seymur Mirzə oğlu Alızadə 1998-ci il, yanvarın 12-də Şəmkir rayonunun Xuluf kəndində doğulub. 2004–2015-ci illərdə R. İsmayılov adına 2 saylı Xuluf kənd tam orta məktəbində təhsil alıb. Orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb.

2016–2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2016-cı ilin aprel döyüşlərində Lələtəpə uğrunda gedən döyüşlərdə iştirak edib.

İkinci Qarabağ müharibəsi başlayanda torpaq, vətən sevgisi, bir də şəhid dayısı Rövşən İsmayılovun qisasını almaq ehtirası onu yenidən cəbhəyə yollanmağa vadar edib. Əsgər Alızadə Cəbrayıl və dayısının şəhid düşdüyü Füzuli rayonunun azadlığı uğrunda döyüşlərə qoşulub. Yaxınlarına "torpaqlarımız azad olmayınca qayıtmayacağam, dayımın qanını yerdə qoya bilmərəm, özümə söz vermişəm", deyən Seymur sözünü tutub, lakin oktyabrın 26-da Füzuli döyüşləri zamanı şəhid olub. Şəhid Alızadə doğulduğu Xuluf kəndində dəfn edilib.

İki övladı yadigar qalıb.

Azərbaycan Prezidenti İlham Əliyevin 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə Seymur Əlizadə Azərbaycan ərazilərinin işğaldan azad edilməsində döyüş tapşırıqlarının yerinə yetirilməsində göstərdiyi şücaət və şücaətə, ərazi bütövlüyümüzün təmin edilməsi istiqamətində döyüş əməliyyatlarında iştirakına və qarşıya qoyulmuş vəzifələrin vicdanla yerinə yetirilməsinə görə döyüş əməliyyatları zamanı xidməti vəzifələrini yerinə yetirərkən, həmçinin təşəbbüskarlıq və qətiyyətli addımların təzahürünə görə ölümündən sonra “Vətən uğrunda”, “Hərbi fərqlənməyə görə”, “Füzulinin azadlığına görə” medalları ilə təltif edilmişdir.