2021/05/Scree-1621795654.jpg

line
Soyad: Abdullayev
Ad: Eldar
Ata adı: Firudin
Doğum tarixi: 23.07.1981
Şəhid olub: 18.10.2020
Rütbə: Baş Gizir
Təltifləri
«Vətən uğrunda» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Eldar Firuddin oğlu Abdullayev 1982-ci il iyulun 23-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun baş giziri olan hərbi tibb qulluqçusu Eldar Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin, Hadrutun və Zəngilanın azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanından tibbi yardım göstərib.

Eldar Abdullayev oktyabrın 18-də Zəngilan döyüşləri zamanı şəhid olub. Sumqayıt şəhərinin Şəhidlər Xiyabanında dəfn olunub.

Aysu və Asya adında, həmçinin 2021-ci il fevralın 2-də dünyaya gələn Ahu adında üç qızı yadigar qalıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Eldar Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.