Məmmədov Kamil Mübariz oğlu 1996-cı il iyulun 11-də Gəncə şəhərində anadan olub.
Gəncə şəhər 15 saylı məktəbin məzunu olan Kamil işğal olunmuş torpaqların azadlığı uğrunda haqq savaşının ilk günlərindən qardaşı Ramil ilə birlikdə könüllü olaraq cəbhəyə yollanıb.
Qardaşlar Füzuli və Xocavənd uğrunda gedən döyüşlərdə qəhrəmancasına düşmənə qarşı mübarizə aparıb, xeyli sayda düşmən qüvvəsini məhv ediblər. Xocavəndin düşmən işğalından azad olunması zamanı qardaşı Ramil yaralanır.
2020-ci il noyabrın 5-də Xocavənd rayonu uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalıb.
2020-ci il noyabrın 19-da Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 15 dekabr tarixli Sərəncamı ilə “Vətən uğrunda” (ölümündən sonra), Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 18 dekabr tarixli Sərəncamı ilə “Döyüşdə fərqlənməyə görə” (ölümündən sonra) və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2020-ci il 25 dekabr tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” (ölümündən sonra) medalları ilə təltif olunub.