12 yanvar 2008-ci ildən 5 may 2009-cu ilədək Qazax rayonunda müddətli həqiqi hərbi xidmət keçib.
2009-cu ildə Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzinin "MAHHXHQ hazırlığı", 2018-ci ildə "Gizir hazırlığı" kurslarını bitirib.
Silahlı Qüvvələrin Baş Qərargah rəisinin 8 dekabr 2018-ci il tarixli əmri ilə "gizir" hərbi rütbəsi verilib.
2020-ci il sentyabrın 27-də başlayan 2-ci Qarabağ müharibəsi zamanı Talış kənd, Suqovuşan, Murovdağ döyüşlərində iştirak etmişdir. Oktyabrın 30-u Murovdağ yüksəkliyində yaralıları çıxartmağa çalışarkən düşmənin atdığı artilleriya mərmisi nəticəsində şəhid olmuşdur. Oktyabrın 31-i Goranboy rayonunun Balakürd kənd Şəhidlər Xiyabanında dəfn edilib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Vüsal Nağıyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.
Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyev 24.06.2021-ci il tarixli Sərancamına əsasən Vüsal Nağıyev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.edildi.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirdiyinə, düşmənin əsas qruplaşmalarının məhv edilməsi ilə qoşunların döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqləndiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərancamına əsasən Vüsal Nağıyev ölümündən sonra "Cəsur döyüşcü" medalı ilə təltif edildi.
Allah rəhmət eləsin!
memorial.az