2021/05/mx-1621799982.jpg

line
Adı: Xəyal
Soyadı: Məmmədov
Ata adı: Xaliq
Doğum tarixi: 12.02.2001
Şəhid olub: 15.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«İgidliyə görə» medalı«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 gün davam edən Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində Azərbaycanın vətənpərvər oğulları canlarından keçiblər. Vətən Müharibəsində şəhid olmuş qəhrəmanlarımızdan biri də Xəyal Xaliq oğlu Məmmədovdur.

Xəyal Məmmədov 2001-ci il fevralın 12-də Sumqayıt şəhərində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Xəyal Məmmədov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib. Xəyal Məmmədov oktyabrın 15-də Füzuli döyüşləri zamanı şəhid olub. Füzuli rayonunda dəfn olunub.

Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Xəyal Məmmədov ölümündən sonra bir sıra medallar ilə təltif edilmişdir:

1.“Cəsur döyüşçü” medalı;
2.“Vətən müharibəsi iştirakçısı” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5.“Şücaətə görə” medalı.