Telman Rafiq oğlu Həsənli 1998-ci ilin martın 3-də Bağbanlar kəndində anadan olub. 2018-ci ildə ordu sıralarında həqiqi hərbi xidmətini başa vurduqdan sonra ayrilmayib.
Tank komandiri olan Telman Həsənli 44 günlük Vətən müharibəsində şərəflə döyüşüb. Düşmən cəbhəsinin Füzuli istiqamətində yarılmasınada xüsusi qəhrəmanlıq göstərib və düşmən tankını qənimət gətirib. Hadrut istiqamətində ağır qəlpə yaraları alsa da, qısa müddətə müalicə alaraq döyüşə qayıdıb. Cəbrayılda, Xudafərin uğrunda döyüşlərdə rəşadət göstərib. Sonuncu döyüşü isə Qubadlı istiqamətində olub.
T. Həsənli Vətən muharibəsinin 22 - ci günündə - oktyabrın 18-də şəhadətə qovuşub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən ,Telman Həsənli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən,Telman Həsənli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət və fədaкarlıq göstərdiyinə, habelə təşəbbüsкar və qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edilib.
Azərbaycanın Cəbrayıl rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Cəbrayılın azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Telman Həsənli ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.