44 günlük Vətən Müharibəsi nəticəsində Azərbaycan öz dədə-baba torpaqlarını mənfur düşməndən xilas etdi. Torpaqlarımızın işğaldan azad edilməsində vətənpərvər oğulları canlarından keçiblər. Onlardan biri də Məmməd Bayramovdur.
Məmməd Arif oğlu Bayramov 2000-ci il noyabrın 23-ü Xaçmaz şəhərində anadan olub. 2019-cu ilin iyul ayında Hərbi Xidmətə yollanıb. Cəlilabadda xidmət edib.
Azərbaycan Ordusunun əsgəri olan Məmməd Bayramov 2020-ci il sentyabrın 27-də başlanan Vətən Müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli və Xocavənd rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.
2020-ci il,oktyabrın 16-da Cəbrayıl rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından şəhid olub.
Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamlarına əsasən,Bayramov Məmməd ölümündən sonra “Cəsur döyüşçü”, “Vətən müharibəsi iştirakçısı”, “Kəlbəcərin azad edilməsinə görə”, “Xocavəndin azad edilməsinə görə”, “Şücaətinə görə” medalları ilə təltif edilib.