Müharibə başlayanda könüllü olaraq Dövlət Sərhəd Xidmətinin Xüsusi Təyinatlı Qüvvələrinə qoşularaq ön cəbhəyə yollanıb. Oktyabrın 23-də Zəngilan rayonunun Ağbənd qəsəbəsində şəhid olub. Düşmən mühasirəsinə alınan hərbçimiz əsir düşməmək üçün son gülləsi ilə özünə vuraraq şəhidlik zirvəsinə ucalıb.
Ailəsi ilə sonuncu dəfə oktyabrın 21-də əlaqə saxlaya bilib. Bacısı ilə danışan Zamin irəli gedəcəklərini deyib və özlərindən muğayat olmağı tapşırıb. Həmin gündən sonra uzun müddət onunla əlaqə saxlamaq mümkün olmayıb. Dekabrın 3-də isə şəhid xəbəri gəlib. Ayın 4-də doğulduğu Füzuli rayonunun Araz Yağlıvənd kəndində torpağa tapşırılıb.
Qeyd edək ki, Prezident İlham Əliyevin ötən gün imzaladığı sərəncamla Zamin Rüstəmov "Vətən uğrunda" medalı ilə təltif olunub.