Şəhidlik zirvəsi qəhrəmanlıq simvoludur. O, vətənə məhəbbətdən, torpağa, yurda bağlılıqdan irəli gəlir. Məhz bu sevgi, bir də 30 illik nifrət, qisas almaq əzmi Vətən müharibəsində qəhrəmanlığı alın yazısı seçən mərd oğullarımızı şəhidlik zirvəsinə yüksəltdi. Bu gün vətənimizin göylərində ruhu dolaşan, adı dillər əzbəri olan, ruhu önündə səcdə etdiyimiz şəhidlərdən biri də İbrahim Rasif oğlu Rükabzadədir.
İbrahim Rükabzadə 14 oktyabr 2000-ci ildə Masallı rayonu Boradigah qəsəbəsində anadan olub. Orta təhsilinə 2006-cı il Nizami Gəncəvi adına 1 saylı tam orta məktəbdə başlamış 2017-ci ildə isə bitirmişdir. O orta təhsillə bərabər Quran dərsləri də almışdır. 2012-ci il sentyabrin 22-sində Məşəd ziyarətinə getmiş və 26 sentiyabr da Məşədi adını almışdır.
Atası Talıbov Rasif Rükab oğlu 6 may 1974-cü ildə Boradigah qəsəbəsində anadan olub. Anası Talıbova Sevil Əli qızı 8 sentyabr 1977-ci ildə Lənkaran rayonunun Qumbaşı kəndində anadan olub. Qardaşı Rükabzadə Nihad Rasif oğlu 7 sentyabr 2003-cü ildə Boradigah qəsəbəsində anadan olub.
İbrahim Rükabzadə 2019-cu il aprel ayının 8-ində hərbi çağırış ilə xidmətə yollandı. Əsgərliyini Goranboy rayonu Aşağı Ağcakəndinin “N” saylı hərbi hissəsində dəvam etdirdi. 2019-cu il iyun ayının 2-sində Xüsusi Təyinatlı Qüvvələrə qatılmışdır.
İbrahim Rükabzadə 27 sentyabr başlayan torpağların azad eldilməsi uğrunda müharibədə iştirak etmişdir. O Cəbrayıl şəhərinin alınmasında iştirak edib. Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib
İbrahim Rükabzadə 18 oktyabr Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düşmən tərəfindən açılan atəş nəticəsində aldığı güllə yarasından həlak olmuşdur. Oktyabr ayının 23-ü şəhid Masallı rayonu Boradigah qəsəbəsində dəfn edildi.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə bir sıra medallarla təltif edilmişdir.
1. “Cəsur döyüşçü” medalı;
2. “Vətən müharibəsi iştirakçısı” medalı;
3. “Kəlbəcərin azad edilməsinə görə” medalı;
4. “Xocavəndin azad edilməsinə görə” medalı;
5. “Şücaətə görə” medalı.