Əliyev Sənan Əlisəfa oğlu 1989-cu ildə anadan olub. 2013-cü ildə Mingəçevir N saylı hərbi hissədə MAXE xidmət etməyə başlayıb.
2016-cı ildə aprel döyüşlərində iştirak edib, fəxri fərman və 100 illik yubileyi ilə təltif edilib. 2017-ci ildə isə Beyləqan rayonun N saylı hərbi hissədə gizir rütbəsi alıb.
27 sentyabrda başlayan Vətən Müharibəsinə yollanaraq Füzulidə gedən döyüşlərdə yaralanıb. O, yaralı halda 16 yaralı yoldaşını döyüş meydanından çıxarıb. Qarın nahiyəsindən ağır qəlpə yarası almış və həkimlərin səyinə baxmayaraq 30 sentyabr 2020-ci ildə şəhid olub. 30 sentyabr 2020-ci il tarixində torpağa tapşırılıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Sənan Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin dekabrın 18-də 2020-ci il tarixli sərəncamı ilə əsgər Sənan Əliyev Azərbaycan Respublikası ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş, düşmənin əsas qruplaşmalarını və texnikasını məhv etməklə qoşunlarımızın döyüş qabiliyyətinin qorunub saxlanılmasında fərqlənmiş və "Cəsur döyüşçü" medalı ilə təltif edilib.