2021/05/18870-1621804963.jpg

line
Adı: Elvin
Soyadı: Salahov
Ata adı: Sabir
Doğum tarixi: 17.09.2001
Şəhid olub: 22.10.2020
Rütbəsi: əsgər
Təltifləri
«Cəsur döyüşçü» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
44 günlük müharibədə misilsiz igidlik nümunələri göstərən qəhrəmanlardan biri də Elvin Salahovdur.

Salahov Elvin Sabir oğlu 17 sentyabr 2001-ci ildə Bakıda doğulub. 2007-ci ildə Bakı şəhəri Yasamal rayonundakı A.Məmmədov adına 38 saylı tam orta məktəbdə təhsilə başlayıb. Orta məktəb illərində çalışqan şagird olub, gözəl rəsm çəkmək qabiliyyəti vardı. Hətta 6-cı sinifdə oxuyarkən çəkdiyi rəsmlər Yaponiya səfirliyində keçirilən müsabiqəyə göndərilib. Həmçinin, idmana da xüsusi marağı varmış, həvəskar boksla məşğul olub. Futbol fanatı idi. Kompyüter kursuna getmişdi. İngilis dilində gözəl danışırdı. 2015-ci ildə həmin məktəbin 9-cu sinfini əla və yaxşı qiymətlərlə bitirib, Azərbaycan Dövlət Dəmiryolu kollecinə daxil olub. 2019-cu ildə həmin kolleci də müvəffəqiyyətlə bitirərək maşinist ixtisasına yiyələnir. Elə bitirdiyi il ali məktəbə qəbul imtahanı verir, lakin ödənişli ixtisasa düşdüyü üçün oxumaq istəmir və həmin il oktyabrın 7-də Şabran rayonundan hərbi xidmətə yollanır. Xidmətinə Ağcabədidə N saylı hərbi hissədə başlayır. Andiçmə mərasimindən sonra Cəlilabadda N saylı hərbi hissəyə göndərilir. Həmin hissədə müxtəlif sınaqlardan keçərək Xüsusi Təyinatlı Qüvvələrə qəbul olunur. Xidmət dövründə bütün təlim və məşqlərdə müvəffəqiyyətlə iştirak edir.

Azərbaycan Ordusunun əsgəri olan Elvin Salahov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Kəlbəcər, Cəbrayıl, Füzuli rayonlarının işğaldan azad olunmasında fəal iştirak edib.

22.10.2020-ci ildə Füzuli rayonu ərazisində döyüş tapşırığını yerinə yetirərkən düş-mən tərəfindən açılan atəş nəti-cəsində aldığı güllə yarasından həlak olmuşdur.

Cəmi 19 yaşlı şəhidimiz oktyabrın 24-də Bakıda Badamdar qəbiristanlığında torpağa tapşırılıb.

Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamları ilə bir sıra medallarla təltif edilmişdir.

1.“Cəsur döyüşçü” medalı;
2.”Vətən müharibəsi iştirakçısı” medalı;
3.“Kəlbəcərin azad edilməsinə görə” medalı;
4.“Xocavəndin azad edilməsinə görə” medalı;
5. “Şücaətə görə” medalı.