Cabir Səmid oğlu Tanrıverdiyev 1987-ci ilin fevralın 2-də Füzuli rayonunun Araz Dilağarda kəndində, müəllim ailəsində anadan olub. 5 nəfərdən ibarət bir ailə olublar. 2 qardaş və 1 bacı olaraq böyüyüblər. 1994-cü ildə birinci sinifə qəbul olunub. Orta təhsilini bitirdikdən sonra 2006-cı ildə Cabir həqiqi hərbi xidmətə çağırılıb və Dövlət Sərhəd Xidmətinin Cəlilabad rayonunun Göytəpə şəhərindəki “N” saylı hərbi hissəyə yola salınıb. Xidmətini başa vurduqdan sonra geri qayıdan Cabir ata-anasına kömək etmək məqsədi ilə bir çox işlərlə məşğul olub. 2011-ci ildə yeniden xidmətə gizir olaraq qayıdıb və Füzulidə "N" saylı hərbi hissədə xidmət etməyə başlayıb.
2016-cı ilin aprel döyüşlərində iştirak etmiş və Lələtəpə uğrunda gedən döyüşlərdə yüksək igidlik və qəhrəmanlıq göstərib. Xidmətinə görə bir neçə dəfə fəxri fərman və medallarla təltif olunub. Gizir Cabir Tanrıverdiyev Vətən mühribəsində də fəal iştirak edib, 2 dəfə yaralanıb. Sağalandan sonra yenidən döyüşlərə qatılıb. O, tankçı kimi düşmənə sarsıdıcı zərbələr endirib və xeyli sayda canlı qüvvəsini məhv edib. Cabir noyabrın 7-də Şuşa döyüşləri zamanı şəhid olub və Füzuli rayonunda dəfn olunub.
Ölümündən sonra
"Vətən uğrunda" ,
"Şuşanın azad olunmasına görə" ,
"Füzulinin azad olunmasına görə" ,
"Cəbrayılın azad olunmasına görə", "Xocavəndin azad olunmasına görə" ,
"Döyüşdə fərqlənməyə görə" medalları ilə təltif olunub.