2021/09/resha-1632490015.jpg

line
Soyad: Babayev
Ad: Rəşad
Ata adı: İlham
Doğum tarixi: 15.03.1999
Şəhid olub: 09.11.2020
Rütbə: əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Döyüşdə fərqlənməyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı
Rəşad İlham oğlu Babayev 1999-cu ilin martın 15-də Gəncə şəhərində doğulub. 2016-cı ildə Gəncə şəhər 28 nömrəli tam orta məktəbin 9-cu sinfini bitirib. 2018-ci ildə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə Şəhər Kəpəz Rayon Şöbəsindən həqiqi hərbi xidmətə çağırılıb.

2020-ci ilin birinci yarısında hərbi xidmətini başa vurandan sonra, sentyabr ayında Azərbaycan Ordusunda keçirilən hərbi təlimlərə çağrılıb. Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlayan Vətən müharibəsində Xocavənd, Füzuli, Qubadlı rayonlarının azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

2020-ci il, noyabrın 9-da Xocavəndin azad edilməsi uğrunda vuruşlarda şəhidlik zirvəsinə ucalıb. Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn olunub.


Babayev Rəşad İlham oğlu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 15 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Vətən uğrunda”, 18 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Döyüşdə fərqləndiyinə görə”, və 25 dekabr 2020-ci il tarixli Sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.