2021/01/Scree-1610802323.jpg

line
Adı: Siyahim
Soyadı: Dəmirov
Ata adı: Əlizamin
Doğum tarixi: 13.09.1990
Şəhid olub: 29.10.2020
Rütbəsi: Kiçik gizir
Təltifləri
«Qarabağ» ordeni«Vətən Müharibəsi Qəhrəmanı» medalı«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Şücaətə görə» medalı
Vətənin azadlığını canından da üstün tuturdu. Torpaqlarımızın işğalda olması ilə hec vaxt barışmırdı. Bu amalı uğrunda da şəhadətə ucaldı...

Beyləqanın Əlinəzərli kəndindən olan Siyahim Dəmirov 3 il yarım topçu və top komandiri kimi Azərbaycan Ordusunda xidmət edib. O, Aprel döyüşlərində Lələtəpəyə ilk bayraq sancanlardandır. Döyüşlər zamanı düşmənin canlı qüvvəsini, texnikasını, silah-sursat anbarlarını məhv edib. Onun bu bacarığını görən hərbi hissə komandiri şəhid hərbçini Xüsusi Təyinatlı Qüvvələrin hazırlandığı 6 aylıq kursa göndərib. O kəşfiyyat bölüyündə təlim aldıqdan sonra xidmətini Cəlilabadda kiçik gizir rütbəsində davam etdirib. Siyahimin peşəkarlığı sərhəd tanımayıb.

Şəhid hərbçi Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 100 illik münasibətilə “Yubiley” medalı ilə təltif olunub. Siyahim Tovuz döyüşlərinin qəhrəman kəşfiyyatçısı olub. Şücaətinə görə, komandanlıq tərəfindən fəxri fərman və təşəkkürnamələr alıb.

Vətən Müharibəsi başlayan kimi könüllü olaraq cəbhəyə yollanıb və Füzuli istiqamətində gedən döyüşlərdə iştirak edib. Düşmən istehkamlarının dağıdılmasında böyük xidmətləri olub. Bununla da o, Şuşanı fəth edən ilk hərbçilərdən biri kimi Azərbaycan tarixinə düşməyi bacarıb.

Eyni zamanda şəhid hərbçi Daşaltı əməliyyatı zamanı düşmənin mayor rütbəli hərbçisini məhv edib, kəşfiyyatçısını əlbəyaxa döyüş zamanı boğaraq öldürüb. Ümumilikdə isə 200-ə yaxın erməni hərbçisini məhv edib. Sonda isə namərd gülləsinə tuş gələrək şəhid olub.

Ölümündən sonra Siyahim Dəmirov ''Qarabağ'' ordeni, eləcə də ''Vətən uğrunda'' , “Vətən müharibəsi iştirakçısı”, ''Kəlbəcərin azad olunmasına görə'', Cəbrayılın azad edilməsinə görə”, “Şücaətə görə” və ''Xocavəndin azad olunmasına görə'' medalları ilə təltif olunub.