2021/05/106-1621842342.jpg

line
Soyad: Bağırov
Ad: Elçin
Ata adı: Fərhad
Doğum tarixi: 27.04.1989
Şəhid olub: 01.10.2020
Rütbə: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Elçin Bağırov 1989-cu il aprelin 27-də Ağdam rayonunun Sarıhacılı kəndində anadan olub. Əslən Xocalı rayonunun Meşəli kəndindən idi. 2007-2009-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. Daha sonra isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edib.

Azərbaycan Ordusunun kiçik çavuş olan Elçin Bağırov 2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində, həmçinin Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Yaralansa da, komandirlərinin təkidinə baxmayaraq, döyüşə davam edib. Şəhid olanların nəşini düşmənin əlinə keçməsin deyə, uzaq məsafəni qət edərək, çiynində daşıyaraq, yenidən döyüş bölgəsinə qayıdıb. Murovdağ istiqamətində gedən döyüşlərdə qəhrəmancasına vuruşaraq, Şəhidlik zirvəsinə yüksəlib. Qarlı hava səbəbindən bir müddət nəşi tapıla bilməyib. 2020-ci il, dekabrın 20-də torpağa tapşırılıb


Atası gənc yaşında vəfat edəndə Elçinin cəmi 1 yaşı var idi. Elçin hər zaman, hər yerdə Xocalıda soyqırıma uğrayan qohumlarının, soydaşlarının qisasını alacağını, erməni terrorçularının qənimi olacağını deyirdi. Hələ uşaq ikən anasına bununla bağlı söz belə vermişdi.

Dörd övladı bizə əmanət qalıb.


Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Bağırov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Elçin Bağırov ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.