2021/05/Anar_-1621842671.jpg

line
Soyad: Nurullayev
Ad: Anar
Ata adı: Siyavuş
Doğum tarixi: 19.01.2001
Şəhid olub: 30.10.2020
Rütbə: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Suqovuşanın azad olunmasına görə» medalı
Anar Nurullayev 2001-ci il yanvarın 19-da Sabirabad rayonunun Osmanlı kəndində anadan olub. Subay idi.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Anar Nurullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Anar Nurullayev sentyabrın 30-da Talış istiqamətində şəhid olub. Uzun müddət nəşi tapıla bilməyib. 2021-ci il fevralın 17-də Sabirabad rayonunun Osmanlı kəndində dəfn olunub.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Nurullayev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi.

Azərbaycanın Suqovuşan qəsəbəsinin işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən Anar Nurullayev ölümündən sonra "Suqovuşanın azad olunmasına görə" medalı ilə təltif edildi.





memorial.az