2021/09/10-1632091787.jpg

line
Soyad: Abdullayev
Ad: Mərahim
Ata adı: Aslan
Doğum tarixi: 27.03.2002
Şəhid olub: 08.10.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Cəbrayılın azad olunmasına görə» medalı
Mərahim Aslan oğlu Abdullayev 27 mart 2002-ci ildə Şəmkir rayonu Keçili kəndində dünyaya göz açıb. Orta təhsilini aldıqdan sonra hərbi xidmətə yollanıb.

Hərbi xidmətinin ilk 5 ayından sonra 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsində iştirak edib.

Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. 8 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən şəhid olub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Mərahim Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.