Səməd Sədyar oğlu Abdullayev 2002-ci il iyunun 17-də Göyçay rayonunun Qaraxıdır kəndində anadan olub.
Azərbaycan Ordusunun əsgəri olan Səməd Abdullayev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə iştirak edib. Səməd Abdullayev oktyabrın 2-də Ağdərənin azad edilməsi uğrunda gedən döyüşlər zamanı şəhid olub. Göyçay rayonunda dəfn olunub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamlarına əsasən Səməd Abdullayev ölümündən sonra "Vətən uğrunda" və "Füzulinin azad olunmasına görə" medalları ilə təltif edilib.