2021/05/Scree-1621844365.jpg

line
Soyad: Adıgözəlov
Ad: Ceyhun
Ata adı: Çoban
Doğum tarixi: 12.10.1994
Şəhid olub: 06.11.2020
Rütbə: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Ceyhun Çoban oğlu Adıgözəlov 12 oktyabr 1994-cü ildə Saatlı rayonu Azadkənd kəndində dünyaya gəlib.

Əsgər Ceyhun Adıgözəlov Vətən müharibəsində iştirak edib, Cəbrayıl, Füzuli və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə vuruşub. Ceyhun 6 noyabr 2020-ci ildə döyüş tapşırığını yerinə yetirərkən şəhid olub.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Prezident İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ceyhun Adıgözəlov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Şuşa, Füzuli, Cəbrayıl və Xocavənd bölgələrinin işğaldan azad edilməsi uğrunda şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidenti İlham Əliyevin müvafiq Sərəncamlarına əsasən Ceyhun Adıgözəlov ölümündən sonra "Şuşanın azad olunmasına görə", "Füzulinin azad olunmasına görə" , "Cəbrayılın azad olunmasına görə" "Xocavəndin azad olunmasına görə" medalları ilə, həmçinin "İgidliyə görə" medalı ilə təltif edilib.