Mürşüd doğulduğu kənddə orta məktəbi bitirdikdən sonra həmyaşıdları kimi Vətənə borcunu yerinə yetirmək üçün əsgəri xidmətə yollanıb. Bakı şəhərində ədliyyə bölməsində xidmətini başa vurduqdan sonra doğma kəndinə, nənəsinin yanına qayıdıb.
Bir müddət sonra yenidən hərbiyə qayıtmaq qərarına gəlib. 2020-ci il sentyabr ayının 8-də Goranboy rayonundakı hərbi hissənin tərkibində müddətdən artıq xidmətə qəbul edilib.
Xidmət etdiyi hərbi hissə mənfur ermənilərin atəşkəsi pozmalarının tez-tez şahidi olurdu. Vətən müharibəsi başlayanda Mürşüdün xidmət etdiyi batalyonun bölmələri Goranboy tərəfdən Ağdərə, Suqovuşan, Çaylı istiqamətində hücuma keçib.
Düşmənin atdığı raket və top mərmiləri Mürşüdün yaşadığı Evoğlu kəndinə də düşürdü. Ona görə də sentyabrın 30-da nənəsi və bacısı ilə telefonla danışaraq özlərindən muğayat olmalarını tapşırıb.
Nənəsi deyir ki, Mürşüdlə axırıncı dəfə 30 sentyabrda danışıb:
"Həmin vaxtdan 54 gün sonra onun nəşi gətirildi. Noyabrın 27-də kənd qəbristanlğında dəfn edildi. Mürşüdlə birgə vuruşan yoldaşları, dedidilər ki, o, xeyli erməni postlarının alınmasında şücaət göstərib, mühasirəyə düşən zaman başından aldığı yaradan şəhid olub. Cansız bədəni neytral zonada qaldığından götürmək çətin olub."
2020-ci il, oktyabrın 6-da şəhid olan müddətdən artıq xidmət əsgəri
Əhmədzadə Mürşüd Müdahil oğlu ölümündən sonra Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə
“Vətən uğrunda” "Suqovuşanın azad olunmasına görə", ” və
Cəsur döyüşçü” medallarıyla təltif olunub.