Əlikram 2018-ci ildə hərbi xidmətə gedib əsgərlik borcunu Goranboy rayonunda N saylı hərbi hissədə yerinə yetirdikdən sonra 2020-ci il aprel ayında evə qayıtmışdı. O, 20 gündən sonra müddətdən artıq xidmət etmək üçün yenidən hərbiyə yollanmışdı.
Əlikram Xanışov hərbi qulluqçu kimi 5 ay xidmət etdiyi zaman müharibə başlayır. O, sentyabr ayının 29-da anası ilə telefonla danışıb halallıq istəyəndən sonra müharibəyə gedir. Əlikram Talış yüksəkliyi və Suqovuşan iştiqamətində gedən döyüşlərdə şücaət göstərir.
Əlikram Xanışov oktyabr ayının 2-də qəhrəmancasına şəhid olsa da, onun nəşi altmış gündən sonra tapılıb doğulduğu məkanda dəfn olunur.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Əlikram Xanışov ölümündən sonra "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və ”Cəsur döyüşçü” medalları ilə təltif edilib.
memorial.az