Qara Əmirxan oğlu Balakişiyev 1994-cü il iyulun 11-də Xocavənd rayonunda dünyaya göz açıb. 2012-2014-cü illərdə Azərbaycan Silahlı Qüvvələrinin sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2014-cü ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi xidmət edirdi.
Azərbaycan Ordusunun kiçik çavuşu olan Qara Balakişiyev 2020-ci il sentyabrın 27-də ölkəmizin ərazi bütövlüyünün bərpa olunması uğrunda başlanan Vətən Müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Müharibənin ilk günündə 27-də Füzuli döyüşləri zamanı şəhid olub. Horadiz şəhərində torpağa tapşırılıb
2 qızı bizə yadigar qalıb.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Balakişiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qara Balakişiyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.