2021/05/18756-1621852065.jpg

line
Adı: Cəfərli
Soyadı: Röyal
Ata adı: İkrəm
Doğum tarixi: 01.01.1998
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Xocavəndin azad olunmasına görə» medalı«Şuşanın azad olunmasına görə» medalı
Cəfərli Röyal İkrəm oğlu 1998-ci il 1 yanvarda Beyləqan rayonunda anadan olub. 2004-cü ildə Beyləqan rayonu M.Mehdizadə adına 3 nömrəli məktəbində 1-ci sinfə gedib. 2015-ci ildə həmin məktəbi bitirib.

2016-cı ilin yanvarında Tərtər rayonu N saylı hərbi hissədə xidmət edib. 2017-ci il iyulda tərxis olunub. 2019-cu il mayında MAXE kimi Beyləqan rayonu N saylı hərbi hissədə işləməyə başlayıb. 2019-cu il 20 noyabrda MAHHXHQ əsgər Cəfərli Röyal İkrəm oğlu “Döyüş atışlı təlimdə göstərdiyi yüksək nailiyyətə, qarşıya qoyulan tapşırıqlarının yerinə yetirilməsində və nizam-intizamda fərqləndiyinə görə” N saylı hərbi hissənin komandiri polkovnik Nemət Məmmədov tərəfindən fəxri fərmanla təltif edilib.
Cəfərli Röyal 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Füzuli rayonu istiqamətində gedən döyüşlərdə döyüşüb. Döyüşün ilk günündə şəhid olub. Beyləqan rayonu Şəhidlər xiyabanında dəfn edilib.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Cəfərli ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Şuşa rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Cəfərli ölümündən sonra "Şuşanın azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycanın Xocavənd rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Cəfərli ölümündən sonra "Xocavəndin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Röyal Cəfərli ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.