Gənc Rəşad 2020-ci il sentyabrın 27-dən başlayan Vətən müharibəsinin iştirakçısı olub, torpaqlarımızın işğaldan azad edilməsində, Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasında igidlik göstərib. Cəbrayıl, Füzuli, Xocavənd rayonlarının azad edilməsi uğrunda gedən döyüşlərdə vuruşub. Rəşad Eyvazov 19 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Rəşad Eyvazov ölümündən sonra
"Vətən uğrunda" medalı ilə təltif edilib.
Habelə, Eyvazov Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən, ölümündən sonra
"Füzulinin azad olunmasına görə" medalı ilə də təltif edilib.
Cəbrayıl və Xocavənd rayonlarının işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Prezidentin Sərəncamına əsasən, şəhid Rəşad ölümündən sonra
"Cəbrayılın azad olunmasına görə" və
"Xocavəndin azad olunmasına görə" medalları ilə təltif edilib.
Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə Rəşad ölümündən sonra
"İgidliyə görə" medalı ilə də təltif edilib.