2021/05/Scree-1621853052.jpg

line
Adı: Səyadulla
Soyadı: Əhmədov
Ata adı: Rasim
Doğum tarixi: 29.12.1998
Şəhid olub: 02.10.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Cəbrayılın azad olunmasına görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Vətən müharibəsində qəhrəmanlıq göstərək şəhidlik zirvəsinə ucalan qəhrəman döyüşçülərdən biri də Cəlilabad rayonunun Cəfərxanlı kəndində doğulub boya-başa çatmış Səyadulla Əhmədovdur. 44 günlük Vətən müharibəsinin ilk günlərində Səyadulla kimi cəsur əsgər və zabitlərin hərbi uğurları sonradan Qubadlı, Zəngilan, eləcə də digər ərazilərimizin işğaldan azad olunmasına yol açdı. İndi isə bu yol bizi Qarabağa aparır...

Əhmədov Səyadulla Rasim oğlu 29 dekabr,1998-ci ildə Cəlilabad rayonunun Cəfərxanlı kəndində anadan olub. Ailənin ilk övladı olan Səyadulla uşaqlıqdan zəhmətsevərliyi ilə seçilib. Onun bu işgüzarlığı Vətən müharibəsində komandirlərinin də diqqətindən yayınmayıb. 22 yaşlı döyüşçünü yüksək peşəkarlığına görə tağım komandiri təyin etmişdilər. O, sərrast atıcı kimi döyüşlərdə həmişə öndə gedib.

Atasının dediyinə görə o, Naxçıvanda hərbi xidmətini başa vurub evə qayıdıbmış, lakin 2020-ci ilin iyul ayında Ermənistan silahlı qüvvələrinin Tovuz istiqamətində törətdikləri təxribatlardan sonra Səyadulla hərbi xidmətini davam etdirmək qərarına gəlir, könüllü olaraq gedib orduda xidmət etmək üçün müraciət edir. Vətən Müharibəsindən 1 həftə əvvəl hərbi təlimlərə çağırılır. Anası və bibiləri soruşanda ki, hara və niyə gedirsən, Səyadullanın cavabı belə olur: “Mən getməyim, o getməsin, bu getməsin, bəs kim getsin? Biz getməliyik. Analarımızın, bacılarımızın qabaqkı kimi olmağı yaxşıdır yoxsa?! "

Atasından xeyir-dua alıb, gedir...

Səyadulla Vətən müharibəsində cəbhənin cənub istiqamətindəki döyüşlərdə sərrast atəşlə dəfələrlə düşmənin canlı qüvvəsini və texnikasını məhv edib.Cəbrayılın, Füzulinin, Xocavəndin azadlığı uğrunda qəhrəmancasına döyüşüb. Səyadulla Əhmədov 2 oktyabr 2020-ci ildə Füzuli istiqamətində gedən döyüşlərdə döyüş tapşırığının yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Prezident İlham Əliyevin sərəncamlarına əsasən Səyadulla Əhmədov ölümündən sonra "Vətən uğrunda","Füzulinin azad olunmasına görə","İgidliyə görə" "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.