Elməddin Əhmədzadə Bakıda Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyində təhsil alıb. Liseyi bitirdikdən sonra 2014-cü ildə hərbi xidmətə gedib, Xüsusi Təyinatlı Qüvvələrin tərkibində xidmət edib. 2016-cı il hərbi xidməti fəxri fərmanla bitirib.
Elməddin 2016-cı ildə Aprel döyüşlərində də iştirak edib. Vətən müharibəsi başlamasına bir ay qalmış - avqustun 21-də könüllü olaraq yenidən hərbiyə yazılıb və manqa başçısı kimi xidmətə başlayıb.
Sentyabrın 27-də Füzuli-Cəbrayıl istiqamətindəki döyüşlərdə aldığı sinayper gülləsi yarasından şəhid olub.
Son dəfə həmin gecə ailəsiylə telefonla danışan Elməddin Vətən müharibəsinin başlamasını "gözlədiyim an gəldi, haqqınızı halal edin, başınızı dik tutun", - deyə xəbər edib.
Azərbaycan Ordusunun əsgəri Elməddin Əhmədzadə Prezident İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra
"Cəsur döyüşçü","Vətən uğrunda" və
"Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.