2021/05/Scree-1621854000.jpg

line
Adı: Əkbərzadə
Soyadı: Qalib
Ata adı: Əbdüləhəd
Doğum tarixi: 06.04.2002
Şəhid olub: 27.09.2020
Rütbəsi: Əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«İgidliyə görə» medalı«Füzulinin azad olunmasına görə» medalı
Qalib düşmən tapdağında qalan torpaqlarımızın azadlığı uğrunda canlarından keçən igidlərimizdən biridir.

Qalib Əbdüləhəd oğlu Əkbərzadə 2002-ci ildə aprelin 6-da Lənkaran rayon Kərgalan kəndində sadə, zəhmətkeş ailədə dünyaya gəlib, 2 bacının bir qardaşı idi.


2008-2019-cı illərdə Kərgalan kənd tam orta məktəbində təhsil alıb. Qalibin sevimli müəllimlərindən biri də ibtidai sinif müəlliməsi Çiçək Şəfiyeva olub.

Qalib Lənkaran rayonunda yerləşən “Zirvə” idman klubunda 2 il idmanın ağır atletika növü ilə məşğul olub. Məşqiçi müəllimi Emil Qurbanov idi.



Həyat nə qədər şirin olsa da, ölüm heç bir insan övladının qaça bilməyəcəyi tale yazısıdır. Qaliblə eyni taleyi yaşayan məşqiçisi Emil müəllim Vətən müharibəsində şücaətlə vuraşaraq şəhid olub.

Məktəbi orta səviyyədə oxuyan Qalib ailəsinin və müəllimlərinin və sinif yoldaşlarının, dostlarının sevimlisi idi. Ən çox sevdiyi məşğuliyyət dəmirdən maşın düzəltmək idi. Komputer proqramlarına marağı olduğu üçün məhz bu sahədə görürmüş.

2020-ci il həiqiqi hərbi xidmətə yola düşüb. Ilk hərbi xidmətini Ağcabədi rayon N saylı hərbi hissədən başlayan Qalib Əkbərzadə Beylaqanda yerləşən hərbi hissələrin birində xidmətini davam etdirib.


2020-ci il 26 sentyabr Silahlı Qüvvələri əsgərləri Füzuli rayonunda təmas xəttində yerləşən strateji nöqtələrə yerləşdirilir.
Qalib sentyabrın 27-də Füzuli uğrunda gedən ağır döyüşlərdə mərdliklə vuruşub və başından yaralanaraq şəhidlik zirvəsinə ucalıb. Sentyabrın 28-də Kərgalan kənd qəbirsanlığında rayon icra nümayəndələrinin, Müdafiə Nazirliyinin əməkdaşlarının, minlərlə kənd sakinin, yaxınlarının, ailə üzvülərinin müşayəti ilə uğrunda canını qurban verdiyi torpağa tapşırılıb. Şəhidin tabutuna bürünmüş Azərbaycan bayrağı atası Əbdüləhəd Əkbərzadəyə təqdim olunub.

Anası Aidə xanım deyir:"Elə bilirəm, Qalib hərbi xidmətdədir gələcək...
Oğlumu səkkiz ildən sonra tapmışdım cox gözlədim onun yolunu gec gəldi tez getdi... 2 bacının bir qardaşı idi. Böyük bacısı Aygün 11-ci sinifi bitirəndə Qalib birinci sinifi bitirdi. Hər birimiz ona diqqət göstərirdik, bacıları Fidan və Aygün ilə onun arasında böyük yaş fərqi olduğundan ona xüsusi qayğı ilə yanaşırdılar. Tez böyüdü balam, 5 ayın əsgəri idi, hərbi xidmətini bitirib özünə parlaq həyat qurmaq istəyirdi, arzuları çox idi..."

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən,Qalib Əkbərzadə ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Füzulinin rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərzadə ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edilib.

Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yerinə yetirən zaman mərdliyin və igidliyin göstərilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Qalib Əkbərzadə ölümündən sonra "İgidliyə görə" medalı ilə təltif edilib.