Biləsuvardan olan şəhid Saleh Məcidzadə də Vətən Müharibəsində şücaəti ilə seçilənlərdəndir. O, 2016-ci ildə Xüsusi Təyinatlı Qüvvələrin sıralarına qatılıb. Aprel döyüşlərində və Tovuzda düşmən diversiya qruplarının məhv edilməsində xüsusi məharət göstərib və təltif edilib. Saleh sentyabrın 26-da valideynlərinə zəng edərək evə gələcəyini bildirib. Lakin səhəri günü evə yox, döyüş meydanına yollanıb.
Çətin tapşırıqların öhdəsindən bacarıqla gələn Saleh Məcidzadə oktyabrın 10-da Cəbrayıl istiqamətində gedən döyüşlərdə şəhid olub. Yaxınlarının sözlərinə görə, Saleh çox qapalı insane olub və işi haqqında çox danışmayıb. Lakin həmişə hərbidən və müharibədən söhbət düşəndə "Bu yolda şəhid olmağa hazıram, siz də hazır olun"- deyib.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Saleh Məcidzadə ölümündən sonra ölümündən sonra "Azərbaycan Bayrağı" ordeni, "Vətən Uğrunda", Vətən müharibəsi iştirakçısı", "Cəbrayılın azad olunmasına görə", “Kəlbəcərin azad edilməsinə görə” və “Füzulinin azad edilməsinə görə” medalları ilə təltif edilib.
"Bu yolda şəhid olmağa hazıram, siz də hazır olun!" bunu hərbi xidməti dövründə valideynlərinə Saleh Məcidzadə deyib. O, vətən müharibəsinin ilk günündən döyüşlərə yollanıb və şücaətləri ilə seçilib. Cəbrayıl istiqamətində gedən döyüşlərdə də qəhrəmancasına şəhid olub.