Aqşin Qədirzadə Elman oğlu 10 mart 1999-cu ildə Qəbələ rayonunun Seyidqışlaq kəndində anadan olub
Həyatı
2005-ci ildə Seyidqışlaq kənd məktəbində 1-ci sinifə getmişdir. 2014-cü ildə həmin məktəbin 9-cu sinifini bitirmişdir. Kənddə bir müddət işlədikdən sonra 2016-cı ildə çilingər peşəsinə yiyələnmək üçün Qəbələ rayonu Peşə məktəbinə getmişdir. 2017-ci ildə peşə təhsilini yarımçıq qoyaraq hərbi xidmətə yollanıb.
Hərbi xidməti
Aqşin Qədirzadə 2017-2018-ci illərdə Ədliyyə Nazirliyində müddətli həqiqi hərbi xidmət keçmişdir. Hərbi xidmətini başa vurduqdan sonra kənddə bir neçə ay işlədikdən sonra yenidən Ordu Sıralarında xidmət üçün 15 may 2019-cu ildə kursa başlayıb, 12 iyul 2019-cu ildə həmin kursu moto atıcı manqa komandiri vəzifəsi ilə bitirmişdir. Şəmkirin Seyfəli kəndində müddətdən artıq xidmət edən hərbi qulluqçu kimi xidmət edib. Tovuz döyüşləri zamanı da döyüşlərdə iştirak etmişdir.
İkinci Qarabağ müharibəsində iştirakı
Azərbaycan Silahlı Qüvvələrinin müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu olan Aqşin Qədirzadə 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan arasında başlanan 2-ci Qarabağ müharibəsi zamanı Murovdağ döyüşlərində savaşıb. Murovdağda gedən döyüşlər zamanı oktyabrın 4-də itkin düşmüşdür. Oktyabrın 18-i şəhid olduğu xəbəri gəlmişdir .Aqşin Qədirzadə dekabrın 18-də Şəmkir rayonunun Qəbələ rayonunun Seyidqışlaq kəndində dəfn olunmuşdur.
Xatirəsi
2021-ci ilin aprel ayında Polad Həşimovun və Vətən müharibəsi şəhidi Aqşin Qədirzadənin adına Qəbələ rayonu Zərgərli kəndi, Qəbələ-Oğuz yolunun kənarında bulaq istifadəyə verilib.