2021/05/13383-1621880398.jpg

line
Adı: Lətifov
Soyadı: Rəşid
Ata adı: Güləhməd
Doğum tarixi: 14.01.2000
Şəhid olub: 01.10.2020
Rütbəsi: MAHHXHQ əsgər
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı«Vətən müharibəsi iştirakçısı» medalı
Rəşid Güləhməd oğlu Lətifov 14 yanvar 2000-ci ildə Masallı rayonunun Tatyanoba kəndində anadan olub.

2006-2017-ci illərdə Güllütəpə kənd tam orta məktəbində təhsil alıb. 2018-ci ilin yanvar ayında çağırışçı kimi hərbi xidmətə yollanıb. 2019-cu ilin iyul ayında həqiqi hərbi xidmətdən tərxis olunub. 2019-cu ilin avqust ayında MAXE kimi hərbi xidmətini Azərbaycan Silahlı Qüvvələrinin Şəmkir şəhərində yerləşən “N” saylı hərbi hissədə davam etdirib.

Azərbaycan Ordusunun çavuşu Rəşid Güləhməd oğlu Lətifov 27 sentyabr 2020-ci il tarixdə başlanan Vətən müharibəsi zamanı Füzuli rayonunun işğaldan azad edilməsində böyük şücaət göstərib.
Sonra Murovdağ istiqamətində gedən döyüşlərdə iştirak edərək 1 oktyabr tarixində şəhidlik zirvəsinə ucalıb. 29 dekabr 2020-ci il tarixdə doğulduğu Tatyanoba kənd qəbiristanlığında izdihamla torpağa tapşırılıb.

Şəhid Lətifov Rəşid "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif edilib.