2021/09/22222-1632751231.jpg

line
Adı: Seymur
Soyadı: Allahverdiyev
Ata adı: Qərib
Doğum tarixi: 15.10.1994
Şəhid olub: 27.09.2020
Rütbəsi: MAHHXHQ kiçik çavuş
Təltifləri
«Vətən uğrunda» medalı«Kəlbəcərin azad olunmasına görə» medalı
Seymur Allahverdiyev 1985-ci il iyunun 1-də Gədəbəy rayonunun Parakənd kəndində anadan olub. Gəncədə Tibb kollecində təhsil alıb. Ona öz ixtisası üzrə işlər təklif olunsa da, hərb sənətini seçib. Tovuz döyüşlərində də xüsusi qəhrəmanlıq göstərən Seymur ailəsinin hər mənada dayağı olub.

Azərbaycan Ordusunun kiçik çavuşu olan Seymur Allahverdiyev 2020-ci il sentyabrın 27-də başlanan Vətən müharibəsi zamanı Murovdağ istiqamətində gedən döyüşlərdə vuruşub. Seymur Allahverdiyev sentyabrın 27-də Murovdağ döyüşləri zamanı şəhid olub. Qarlı havalarda axtarış işlərinin çətinliyi səbəbindən uzun müddət nəşi tapıla bilməyib. 2020-ci ilin dekabrın 29-da Gədəbəy rayonunun Parakənd qəbiristanlığında dəfn olunub.

Bacısı övladını dünyaya gətirən zaman vaxtsız vəfat etdiyindən, onun doğulan qızını Seymur böyüdüb. Ona öz övladları ilə yanaşı, bacısı qızı Aysun da "ata" deyib.

Seymurun yoxluğu ailəsi üçün ağır olsa da, onun canını Vətən uğrunda qəhrəmancasına fəda etməsi bir təsəllidir. Dağların qoynunda böyüyən igid, canını Murov uğrunda fəda edib. Dağdan da uca zirvədə, Şəhidlik zirvəsində əbədi məskən salıb.



Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatıldığı və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Seymur Allahverdiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Azərbaycanın Kəlbəcər rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidlik və şücaət nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 24.06.2021-ci il tarixli Sərəncamına əsasən, Seymur Allahverdiyev ​ölümündən sonra "Kəlbəcərin azad olunmasına görə" medalı ilə təltif edilib.
2 övladı yadigar qaldı.