Rəşad Nazim oğlu Yusibov 1996-cı ildə avqustun 19-da Şəmkir rayonunda anadan olub. Vətən müharibəsi zamanı Kəlbəcər rayonu uğrunda gedən döyüşlərdə iştirak edib. Oktyabrın 1-də Kəlbəcər uğrunda gedən döyüşlərdə də həlak olub.
Ölümündən sonra “Kəlbəcərin azadlığı uğrunda” , “Vətən müharibəsi iştirakçısı” , “Vətən uğrunda” medalları ilə təltif edilib.
Şəhid anası Aybəniz Yusibova: "Hamı dedi ki, üzün ağ olsun. Belə bir övlad böyütmüsən. Hər yerdə mənə tərif gətirdi. İşə yeni girmişdi. Dedim, bala, qoy mən də işləyim.Yükün hamısı sənin çiynindədir. Dedi, "ana, nə danışırsan, ailəmin yükünü özüm çəkəcəyəm". Balaca vaxtı böyüyəndə kim olacağını soruşanda deyirdi,"əsgər olacağam".
Ən böyü razusu dayılarının qisasını almaq idi. Bir dayısı şəhid, bir dayısı isə Qarabağ əlili idi. Dayılarının qisasını aldı, özü isə böyük zirvəyə yüksəldi. Hər il yanvarın 20-də gedib dayısının məzarını ziyarət edirdi".
Şəhid qardaşı Elşad Yusibov: "Qadaşım yeriyə biləcək ayağım, düşünən beynim idi. O məni bu günə gətirb çıxartdı. Qardaş kəlməsi əziz bir sözdür".