Azərbaycan Ordusunun baş giziri olan Ramil sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğal altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. Talış təpə ətrafındakı döyüşlər zamanı tankda yanaraq yaralanıb. Şəhidimiz ağır yaralanmağına baxmayaraq, axıra qədər insanlıq borcunu yerinə yetirib və onunla birgə 3 döyüş yoldaşına tankdan çıxmağa kömək edib və xilas olunmalarına vəsilə olub. Prezidentin xüsusi tapşırığı ilə qəhrəmanımız helikopterlə Bakıya müalicəyə göndərilib, onun üçün bir neçə mütəxəssis həkim ayrılıb. Lakin yanıq daxili orqanlarını zədələdiyi səbəbindən oktyabrın 18-i- 42 yaşında şəhidlik zirvəsinə ucalıb.
Ramil özündən sonra çox tərbiyəli 2 oğul övladı bizlərə əmanət qoyub. 25 illik qüsursuz hərb yolunu çoxsaylı medal və fərqlənmələrlə haqqa şahid olaraq başa vurdu. Şəhidin ailəsi Bakının Ramana qəsəbəsində yeni
ikiotaqlı mənzillə təmin edilib .
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün
Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Ramil Yusifov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.